
"Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər" adlı inşa müsabiqəsinin qalibi - Əkbərli Fəcrin Nizaməddin qızı
02.06.2021
Azərbaycan Respublikası Mərkəzi Bankı Qlobal Pul Həftəsi çərçivəsində 10 fevral – 19 mart 2021-ci il tarixlərində məktəblilər arasında “Nizami Gəncəvi ili”nə həsr olunmuş “Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər” adlı inşa və rəsm müsabiqəsi keçirmişdir.
Müsabiqəyə ölkənin müxtəlif bölgələrindən minlərlə şagird qatılmış, münsiflər tərəfindən qaliblər müəyyən edilmişdir.
Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 9b sinif şagirdi Əkbərli Fəcrin Nizaməddin qızı da müsabiqəyə
“Xəzinə qızılı yığmaq üçündür,
Qızıl da düşməni yıxmaq üçündür” (N. Gəncəvi) adlı inşa ilə qatılmış və III yerə layiq görülmüşdür.
02 iyun 2021-ci il tarixində müsabiqə qaliblərinə Mərkəzi Bank tərəfindən sertifikat və hədiyyələr təqdim olundu.
Liseyin rəhbərliyi adından Fəcrini, onun müəllim və valideynlərini təbrik edir, can sağlığı və yeni-yeni uğurlar arzulayırıq!