FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

10ç sinfinin "Qəzet maketinin hazırlanmasi" adlı layihə işləri

08.06.2021

  Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 10ç sinif şagirdləri Azərbaycan dili fənnindən “Qəzet maketinin hazırlanmasi” adlı layihə işi çərçivəsində böyük bir həvəslə işləyərək, bir-birindən maraqlı qəzetlər tərtib etdilər.

Əvvəlcədən şagirdlərə mövzu və qəzet başlıqlarını seçiməkdə sərbəstlik verilmişdi. Uşaqların işlədikləri mövzuları nəzərdən keçirəndə məlum oldu ki, onların əksəriyyəti Dövlətimizn II Qarabağ müharibəsində qazandığı qələbədən daha çox yazıblar. Bu onların vətənpərvər ruhda böyüdüklərini bir daha təsdiq edir.

Əziz 10ç sinfinin şagirdləri, bu layihədə böyük bir coşqu ilə iştirak etdiyiniz üçün sizə təşəkkür edir, işlərinizdə uğurlar arzulayırıq!