FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

X və XI sinif şagirdləri üçün əyani summativ qiymətləndirmə

03.06.2021

         Təhsil Nazirliyinin qərarına əsasən, bütün fənlər üzrə summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən əyani şəkildə yarımilin sonunda bir dəfə aparılır. Bu qərara uyğun olaraq, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin X və XI sinif şagirdləri üçün də əyani formada summativ qiymətləndirmə təşkil edildi.

      Şagirdlərin biliyi qiymətləndirilərkən müəllimlər tərəfindən hazırlanmış müxtəlif vasitələrdən istifadə olundu. Summativ qiymətləndirmə prosesi karantin şərtlərinə əməl edilməklə həyata keçirildi.