FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi üzrə RFO qalibləri – 39 medal

12.06.2021

         Respublika Fənn Olimpiadalarının nəticələrinə əsasən, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdləri 7-si qızıl, 11-i gümüş, 21-i bürünc olmaqla, ümumilikdə 39 medal qazanıblar.

         Qeyd edək ki, iki şagirdimiz: Cəfərzadə Amin Anar oğluQarayeva Fidan Mübariz qızı iki fənn üzrə RFO-nun qalibi olublar. Belə ki, liseyin Xc sinif şagirdi Cəfərzadə Amin yuxarı yaş qrupunda riyaziyyat fənni üzrə qızıl, informatika fənni üzrə bürünc, IXb sinif şagirdi Qarayeva Fidan isə aşağı yaş qrupunda riyaziyyat fənni üzrə qızıl, informatika fənni üzrə gümüş medala layiq görülüblər.

         Digər qızıl medalçılarımız: Hüseynov Cəlil Hüseyn, Sadıxzadə Sadiq Fətta, Abbasov Toğrul Namiq, Nuriyev Muhammed Hikmət, İsayev Saleh Aydın oğlu Respublika üzrə ən yüksək nəticə göstərmişlər.

         Medal qazanmış bütün şagirdlərimizi, onlara əmək sərf etmiş müəllim və valideynləri liseyin rəhbərliyi adından təbrik edir, can sağlığı və daha böyük uğurlar arzulayırıq!