FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Son zəng" tədbiri

14.06.2021

14 iyun 2021-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində “Son zəng” tədbiri keçirildi. Tədbir Təhsil Nazirliyindən gələn təlimata uyğun şəkildə təşkil edildi. Əvvəlcə Dövlət Himni səsləndirildi, sonra məktəb rəhbərliyi məzunları təbrik edərək, onlara uğurlar arzuladılar.

 Daha sonra müəllim, valideyin və məzunlar çıxış etdilər. Tədbir musiqi sədaları altında məzunların rəqsi ilə sona çatdı.