FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Lisey və gimnaziyalara qəbul imtahanlarının nəticələri açıqlandı

25.06.2021

Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzləşdirilmiş  qəbul imtahanının nəticələri elan edilib. Şagirdlər sy.edu.az portalı üzərindən yaradılmış şəxsi kabinetlərinə daxil olaraq imtahan nəticələrini öyrənə bilərlər. 

30 faiz və daha yüksək nəticə göstərmiş şagirdlər seçim mərhələsinə buraxılmışdır. Bu müsabiqədə iştirak hüququ qazanmış şagirdlər  5 iyul 2021-ci il saat 17:00-a qədər lisey və gimnaziyalar arasından seçim etməlidirlər. Seçim edərkən ən çox qəbul olmaq istədiyiniz liseyi birinci, ardınca isə növbəti liseyləri seçə bilərsiniz.

Seçimdən sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcəkdir. Qeyd olunmuş müddət bitdikdən sonra seçim və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün olmayacaqdır.

Qəbul imtahanının nəticələri ilə bağlı müraciətlər 3 iş günü ərzində info@olimpiada.edu.az mail ünvanı vasitəsilə qəbul edilir.

Gün ərzində, xüsusilə ilk saatlarda sistemdə  yüklənmə çox olduğuna görə xəta (error) verə bilər, səbirli olmağı tövsiyə edirik.