FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Yeniyetmələrin 25-ci Balkan Riyaziyyat Olimpiadasının qalibləri – Cəlil Hüseynov və Anar Mehdiyev

05.07.2021

         Moldova Respublikasında Yeniyetmələrin 25-ci Balkan Riyaziyyat Olimpiadası keçirildi. 21 ölkədən 128 məktəbli iştirak etdiyi bu Olimpiadada Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin IXb sinif şagirdləri Hüseynov Cəlil Hüseyn oğlu və Mehdiyev Anar Nadir oğlu uğurla çıxış edərək, qızıl və gümüş medallar qazanıblar. Belə ki, Cəlil Hüseynov qızıl, Anar Mehdiyev gümüş medala layiq görülüblər.

         Şagirdlərimizi, onların müəllim və valideynlərini təbrik edir, can sağlığı və yeni-yeni uğurlar arzulayırıq!