
Bir qrup məzunumuz qızıl və gümüş nişanlara layiq görülüb
16.07.2021
Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə (15 iyul 2021-ci il, F-357) ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran bir qrup məzun qızıl və gümüş nişanlarla təltif olunmuşdur. Qızıl və gümüş nişanlara layiq görülənlər sirasında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin də 8 məzunu yer alıb. Onlardan 5-i:
Abdullayev Tural Xanhüseyn oğlu,
Ağayev Tamerlan Rizvan oğlu,
Əliyev Nahid Rasim oğlu,
Hüseynov Rza Məzahir oğlu,
Xəlilov Emil Bayram oğlu qızıl,
3-ü:
Ağazadə Ləman Firdovsi qızı,
Orucov Emin Məmməd oğlu,
Soltanov Tərlan Laçın oğlu isə gümüş nişana layiq görülüblər.
Liseyin rəhbərliyi adından məzunlarımızı, onların müəllim və valideynlərini təbrik edir, onlara can sağlığı, gələcək işlərində yeni-yeni uğurlar arzulayırıq!