FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Birincilərin birincisi - Abbasov Toğrul Namiq oğlu

17.07.2021

  

   17 iyul 2021-ci il tarixində RFO qaliblərinin ADA-da keçirilən mükafatlandırma mərasimində hər bir fənn üzrə ən yüksək bal toplamış 8 nəfər medalçı “Birincilərin birincisi” nominasiyasına layiq görülmüşdür. Bu superistedadlar arasında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin Xc sinif şagirdi Abbasov Toğrul Namiq oğlu da yer alıb.

      Tədbirdə “Birincilərin birincisi” nominasiyasına layiq görülənlərə mükafatları Təhsil naziri Emin Əmrullayev təqdim etdi.

     Xatırladaq ki, Abbasov Toğrul Namiq oğlu RFO-da yuxarı yaş qrupları arasında riyaziyyat fənni üzrə ən yüksək nəticə göstərib.

     Toğrulu, onun əziyyətini çəkən valideynlərini, müəllimlərini, xüsusən Şəmsi müəllimi liseyin rəhbərliyi adından təbrik edir, can sağlığı və işlərində yeni-yeni uğurlar arzulayırıq!