FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

62-ci Beynəlxalq Riyaziyyat Olimpiadasının (İMO) bürünc medalçıları - Amin Cəfərzadə və Toğrul Abbasov, eyni zamanda gələcək Beynəlxalq Olimpiadaların medalçısı – Fidan Qarayeva

23.07.2021

    14-24 iyul 2021-il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində 62-ci Beynəlxalq Riyaziyyat Olimpiadası (İMO) keçirildi. Bu Olimpiadaya 107 ölkədən 619 şagird qatılmışdır. Olkəmizi təmsil edən komandanın 5 üzvündən 3-ü Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdləri idi.

Bu bilik yarışında şagirdlərimiz növbəti uğura imza atıblar. Belə ki, liseyimizin Xc sinfində təhsil alan 2 şagirdi: Amin Cəfərzadə və Toğrul Abbasov bürünc medal qazanıblar. Daha bir şagirdimiz – IXb sinfində təhsil alan Fidan Qarayeva isə “Həvəsləndirici mükafat”a layiq görülüb.

Şagirdlərimizi, onların müəllimini – Şəmsi Səfərovu və valideynlərini təbrik edir, can sağlığı, daha böyük uğurlar arzulayırıq!