FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

38-ci Balkan Riyaziyyat Olimpiadasının gümüş medalçısı – Fidan Mübariz qızı Qarayeva

08.09.2021

   06-10 sentyabr 2021-ci il tarixləri aralığında Kiprdə virtual şəkildə 38-ci Balkan Riyaziyyat Olimpiadası keçirilmişdir. Bu bilik yarışında 18 ölkədən 108 məktəbli iştirak edirdi və ölkəmizi təmsil edən komandanın üzvləri sırasında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 10b sinif şagirdi Qarayeva Fidan Mübariz qızı da yer almışdır. O, bu Olimpiadada uğurla çıxış edərək, gümüş medala layiq görülmüşdür.

   Şagirdimizi, onun valideynlərini və təhsilində önəmli rol oynayan müəllimlərini liseyin rəhbərliyi adından təbrik edir, can sağlığı və yeni-yeni uğurlar arzulayırıq!