FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 2020-2021-ci il məzunları

09.09.2021

     2020-2021-ci dərs ilində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyini bitirən məzunların hamısı Respublikanın ali məktəblərinin tələbəsi adını qazanıblar. Onlardan 27 nəfəri 600-dən yuxarı bal toplayaraq, ölkənin ən nüfuzlu universitetlərinə qəbul olublar.

   Bundan əlavə 8 məzunumuz liseyi qızıl və gümüş nişanlarla bitirmiş və ali məktəblərə müsabiqədənkənar qəbul olmuşlar. Eyni zamanda, 14 nəfər məzunumuz uğurla imtahan verərək, xarici ali təhsil müəssisələrinə qəbul olunublar.

    Liseyin rəhbərliyi adından məzunlarımızı təbrik edir, onlara təhsilin növbəti mərhələsinə uğurlar arzulayırıq!