FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

27 sentyabr Anım günü ilə bağlı Hərbi Qənimətlər Parkına ekskursiya

27.09.2021

     25 sentyabr 2021-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 9a sinfinin rəhbəri Aynurə Əfəndiyeva və UBR Nərmin Hüseynzadənin təşəbbüsü ilə liseyin 9a sinif şagirdlərinin 27 sentyabr Anım günü münasibətilə Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olundu. Şagirdlər parkda Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş düşmən texnikaları, erməni kazarmaları, üzündə qorxu ifadə edən düşmən əsgərlərinin maketlərini seyr etdilər.

    Ekskursiyanı təşkil edənlərə lisey rəhbərliyi adından təşəkkürümüzü bildirir, işlərində uğurlar arzulayırıq!