FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Pedaqoji Şuranın 2021-2022-ci dərs ili üçün ilk iclası keçirildi

28.09.2021

      27 sentyabr 2021-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin akt zalında Pedaqoji Şuranın 2021-2022-ci dərs ili üçün ilk iclası keçirldi. İclasın sədri, direktor T. Talıbov əvvəlcə Anım günü münasibətilə şəhidlərin ruhunu birdəqiqəlik sükutla yad etməyi təklif etdi. Sükut dəqiqəsindən sonra iclasda müzakirə ediləcək məsələlər barədə danışan direktor qarşıdakı tədris ilində fəaliyyətimizin əsas istiqamətlərinin detallarını açıqladı. O, çıxışında məktəbdaxili qiymətləndirməyə, xüsusi karantin şəraitdə liseydə davranış qaydalarına geniş yer ayırdı.

     Daha sonra tədris işləri üzrə direktor müavini E. Məmmədov çıxış edərək, əvvəlcə bu günün xüsusiyyəti barədə fikirlərini bölüşdü. Sonra ötən dərs ilinin yekunlarını qıasaca qeyd edərək, Təhsil Nazirliyinin F-450 nömrəli əmrindən bəzi çıxarışları müəllimlərin diqqətinə çatdırdı.

Eyni zamanda, VII, VIII və X siniflərdə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri ilə yanaşı, BSQ keçirləcək digər üç fənnin müəyyən edilməsi üçün fikir mübadiləsi aparıldı və əlavə üç fəndən: Fizika, kimya və coörafiyadan da BSQ keçirilməsi qərara alındı.

Daha sonra tərbiyə işləri üzrə direktor müavini V. Bəyalıyev çıxış etdi və qarşıdakı dərs ilində valideynlərlə əlaqələrin təşkili barədə fikirlərini bölüşdü. O, çıxışında IX və XI siniflərin buraxılış imtahanlarında göstərdiyi nəticələrdən də bəhs etdi.

İclasda qəbul edilmiş qərarlar sonda müəllimlərin diqqətinə çatdırıl