FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

İlk dərslər "Qarabağ Azərbaycandır!"

29.09.2021

Təhsil Nazirliyinin qərarına əsasən, 29 sentyabr 2021-ci il tarixində ölkənin bütün ümumtəhsil məktəblərində olduğu kimi, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin də VII-XI siniflərində dərslərin əyani tədrisinə başlanıldı. Təhsil naziri E. Əmrullayevin əmri ilə ilk dərslərin “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunması qərara alınmışdır. Bu xüsusda Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində də ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olundu.