FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Prezident təqaüdçüləri - Ağayev Tamerlan Rizvan oğlu və İbrahimxəlilov Yaşar Təmraz oğlu

30.09.2021

        29 sentyabr 2021-ci il tarxində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021//2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş ən yüksək bal toplayan 100 tələbəyə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalamışdır. Prezident təqaüdünə layiq görülən tələbələr sırasında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin iki məzunu da yer alıb. Onları siz də tanıyın:

Ağayev Tamerlan Rizvan oğlu

İbrahimxəlilov Yaşar Təmraz oğlu

   Xatırladaq ki, liseyin XIb sinfini bitirmiş İbrahimxəlilov Yaşar Təmraz oğlu qəbul imtahanında 681, XIc sinfini bitirmiş Ağayev Tamerlan Rizvan oğlu 680 bal toplayaraq, ölkə üzrə ilk 100-lükdə qərar tutublar. Onu da qeyd edək ki, Ağayev Tamerlan həm də dəfələrlə RFO-nun qızıl, gümüş və bürünc medallarını qazanıb, məktəbi qızıl nişanla bitirib.

       Hər iki şagirdimizi, onların valideynlərini və müəllimlərini liseyin rəhbərliyi adından təbrik edir, can sağlığı və gələcək işlərində yeni-yeni uğurlar arzulayırıq!