XƏBƏRLƏR

Şagirdimiz "27-28 Sentyabr Anım günü"nə həsr olunmuş Respublika şahmat turnirində I yerə layiq görülmüşdür
29.09.2021
Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 7b sinif şagirdi Süleymanlı İsmayıl Rövşən oğlu Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Təhsil” Respublika-İdman Mərkəzinin təşkil etdiyi və “27-28 Sentyabr Anım günü”nə həsr olunmuş Respublika şahmat turnirində I yerə layiq görülmüşdür.
Qeyd edək ki, Süleymanlı İsmayıl müxtəlif illərdə (2016, 2017, 2018) keçirilən Respublika və Beynəlxalq müqyaslı şahmat turnirlərinin qalibi olub. Eyni zamanda, o, 2021-ci ilin may ayında keçirilən Məktəblilərarası VI Fənn Müsabiqəsində I yeri tutub.
Şagirdimizi təbrik edir, ona can sağlığı və fəaliyytində yeni-yeni uğurlar arzulayırıq!