FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Müəllimlərimiz təltif olunublar

06.10.2021

               05 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsilin inkişafında xidmətlərinə görə bir qrup təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sözügedən dövlət təltifinə layiq görülən müəllimlərın siyahısında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin iki müəllimi də yer alıb. Belə ki, liseyin riyaziyyat müəllimləri: Qarayev Mehralı Rəşid oğlu və Nəsibova Zareta Almas qızı “Əməkdar müəllim” fəxri adına layiq görülüblər.

          Eyni zamanda, Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin əmri ilə (K-1263) liseyin riyaziyyat müəllimi Əliyev Elgün Bəxtiyar oğlu “Fəxri fərman”la təltif olunmuşdur.

          Təltif olunan müəllimləri liseyin rəhbərliyi adından təbrik edir, hər birinə can sağlığı və yeni-yeni uğurlar arzulayırıq!