FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Azercell Cup" proqramlaşdırma müsabiqəsinin medalçıları

11.10.2021

10 oktyabr 2021-ci il tarixində VII-VIII siniflər arasında “Azercell Cup” proqramlaşdırma müsabiqəsinin final turu keçirildi. Ölkəmizin müxtəlif rayonlarından 160 şagirdin qatıldığı bu bilik yarışında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 4 şagirdi də medal qazanmışdır:

Bayramlı Rahidil Səbuhi – 7b – qızıl,

Həsənli Əli Fərrux – 8ç – gümüş,

Orucov Elvin Məmməd – 8a – bürünc,

Tosayev Anar Ramiz – 7c – bürünc.

     Şagirdlərimizi təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!