XƏBƏRLƏR

"Zəfər yolu" başlığı altında inşa yarışmasının məktəb mərhələsinin seçim turu
12.10.2021
Təhsil nazirinin “Ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Zəfər yolu” inşa müsabiqəsinin keçirilməsi haqqında” 2021-ci il 24 sentyabr tarixli F-455 nömrəli əmrinə əsasən, “Zəfər yolu” başlığı altında inşa yarışmasının rayon (məktəb) mərhələsinə təqdim olunmuş yazı işlərinin yoxlanması üçün işçi qrupu yaradılmışdır:
İşçi qrupunun rəhbəri: Xəyalə Mədətli
Üzvləri: Aləmzər Mirzəyeva
Süleyman Murtuzov
Pəri Məhərrəmova
İşçi qrupuna təqdim olunmuş inşa yazıları yoxlanıb təhlil edildi və sonda ölkə mərhələsində iştirak etmək üçün 10e sinif şagirdi Cəfərli Nərgiz Orxan qızının inşası seçildi.
Şagirdimizə növbəti turda uğurlar arzulayırıq!