FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Fizika fənnindən təcrübi dərslər

13.10.2021

Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin fizika müəllimi Zeynəb Bayramova fənnin tədrisi zamanı təcrübi dərslərə önəm verir. Belə ki, 08 oktyabr 2021-ci il tarixində 8e sinfində Diffziyanın sürətinin temperaturdan asılılığının yoxlanması və cismlərin istidən genişlənməsini əyani göstərmək üçün iki təcrübə aparmışdır. Təcrübələrin qısa təsviri:

Təcrübə 1.

Diffziyanın sürətinin temperaturdan asılılığının yoxlanması.Bunun üçün istiye davamlı iki şüşə kolba, isti və soyuq su götürülüb, qida, boyaq maddələri əvəzinə isə rəngli şəkər dənəcikləri istifadə edildi. 15 dəqiqə ərzində isti suda diffuziyanın (yəni maddələrin özbaşına qarışması) daha sürətlə baş verdiyi müşahidə edildi. Suyun rənginin dəyişməsi bunu təsdiq etdi.

Təcrübə 2.

Cisimlərin istidən genişlənməsini təcrubi olaraq yoxlamaq uçun xətti genişlənmə qurğusundan istifadə edildi. Şagirdlər çşmı yandırıb metal çubuqları qizdiraraq əqrəbin şkala üzrə özbaşına yerdəyişməsini, şamı sondürüb bir neçə dəqiqə gözlədikdən sonra şkalanin yenidən əvvəlki vəziyətə qayitdığını izlədilər. Bu təcrübə cisimlərin istidən genişlənməsi ilə yanaşı, soyuqdan sıxılmasını da əyani şəkildə təsdiqləyir. İstidən genişlənmənin səbəbini cismi təşkil edən atom və ya molekulların orta kinetik enerjisinin artması ilə izah etmə olar. Orta kinetik enerjiləri artanda onların hərəkət intensivliyi artır və bunun üçün onlara daha böyük fəza tələb olunur. Nəticədə cisim istidən genişlənir.

Müəllimə rəhbərlik adından təşəkkür edir, işlərində uğurlar arzulayırıq