FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

9ç və 9d siniflərində "Zəfər tarixi" kursunun tədrisi

15.10.2021

Yeni dərs ilindən etibarən ümumi təhsil müəssisələrinin IX siniflərində “Zəfər tarixi” kursunun tədrisi həyata keçirilir. Həmin kursun tədrisi Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində də uğurla davam etdirilir. Belə ki, liseyin tarix müəllimi Günay Şərifzadə 9ç və 9d sinfinin şagirdləri ilə birgə “Zəfər tarixi” kursuna ilk olaraq, 44 günlük Vətən müharibəsində canından keçmiş şəhid qəharəmanlar haqqında məlumat toplamaqla başlayıblar. Bütövlükdə bu müharibədə şəhid olmuş 2907 qəhrəman haqqında məlumatların ilboyu toplanıb təqdim edilməsi qərara alınıb. Şagirdlər əvvəlcə öz ailələrindən, qohumlarından, mənsub olduqları bölgələrdən başlayaraq, bu məlumatları toplayacaqlar.

          Müəllimə və şagirdlərə liseyin rəhbərliyi adından uğurlar arzulayırıq!