FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Biologiya dərsində "Orqanizmimizi öyrənək" mövzusunun tədrisi

14.10.2021

Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində biologiya dərslərində şagirdlərdə tətbiqetmə bacarıqlarının inkişafı xüsusi diqqətdə saxlanılır. Belə ki, liseyin biologiya müəllimi İradə Zeynalova VIIIa və VIIIb siniflərində “Orqanizmimizi öyrənək” mövzusunu keçərkən nəzəri məlumat verməklə yanaşı, şagirdlərə dərs zamanı praktiki işləmək imkanı da yaratdı. Şagirdlər dərsdə tonometr və stetoskopdan istifadə edərək, qan təzyiqini ölçməyi, nəbz vurğularını sayaraq, ürək tsiklinin müddətini hesablamağı öyrəndilər.

          Liseyin rəhbərliyi adından müəllimə və şagirdlərə uğurlar arzulayırıq!