FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Evklid" komandası "Nə? Harada? Nə zaman?" intellektual oyun üzrə Bakı şəhəri açıq çempionatının final turunda ikinci yerə layiq görülüblər

20.10.2021

   20 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyun üzrə Bakı şəhəri açıq çempionatının final turu keçirildi. Bu yarışda Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyini “Evklid” komandası təmsil edirdi. Komandamız final turunda uğurla çıxış edərək, ikinci yerə layıq görülüb. Tədbirin təşkilatçıları qaliblərə kubok və digər hədiyyələr təqdim etdilər. “Evklid” komandasının heyətini Siz də tanıyın:

Əminə Əsədova Eldar (komandanın kapitanı)

İsmayılova Nəzrin Fuad,

Məmmədov Fəzli Nurlan,

Zeynalov Fəxri Elşad,

Abasov Amin Emin,

Əliyev Mahir Müşfiq.

          Komandanın üzvlərinə və onu təşkil edənlərə liseyin rəhbərliyi adından təşəkkür edir, yeni-yeni uğurlar arzulayırıq!