FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Diaqnostik qiymətləndirmələr

07.10.2021

   Azərbaycan Respublikası təhsil nazirinin  2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə imzaladığı F-450 nömrəli əmrinin 3.1-ci bəndində göstərilən “ötən dərs ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilməsindəki çatışmazlıqların diaqnostik qiymətləndirmələr vasitəsilə aşkarlanması və tədris ili boyunca aradan qaldırılması” tələbi Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin fəaliyyət planında xüsusi nəzərə alınmış və bu istiqamətdə bir sıra işlər görülmüşdür. Belə ki, fənn müəllimləri dərs başlayandan bir həftə sonra diaqnostik qiymətləndirmə aparmış, daha sonra emal olunmuş nəticələri təhlil edərək, çatışmazlıqları müəyyən etmişlər. Həmin çatışmazlıqların aradan qaldırılması üçün hər bir müəllim miniplan tərtib etmiş, mövzuları sıxışdırmaqla mənimsənilməyən mövzuları ilboyu oyrətməyə qərar vermişdir. Digər tərəfdən bir qrup müəllim dərsdən sonra əlavə məşğələ təyin eədərək, bu boşluğu tamamlamağa çalışır.

          Müəllimlərə fəaliyyətlərində uğurlar arzulayırıq!