FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Fizika fənnindən təcrübi dərs: Müxtəlif maddələrin istilikkeçiriciliyi

19.10.2021

    Fizika riyaziyyat və informatika təmayüllü Respublika liseyinin müəllimi Zeynəb Bayramova fənnin tədrisi zamanı təcrübələri ilə şagirdlərin fizika fənninə marağını artirir. Belə ki, 19 oktyabr 2021-ci il tarixində 8ç sinifində İstilikkeçirmənin maddənin növündən aslı olmasını əyani göstərmək üçün təcrübə aparmışdır.Təcrübənin qisa təsviri:

     Təcrübə

   Müxtəlif maddələrin istilik keçiriciliyinin fərqli olmasının yoxlanılması. Bunun üçün eyni ölçüdə dəmir və mis çubuq, kiçik mismar (6-8 ədəd), plastilin və şamdan istifadə edilmişdir. Mismarları aralarındakı məsafə eyni olmaqla plastilinlə dəmir və mis çubuqlarına  yapışdırıb, şamı hər ikisinə eyni uzaqlıqda qoyuruq. İstiliyin ötürülməsi nəticəsində plastilin qızaraq yumşalır və mismarlar qopur. Hansının istilikkeçirməsi böyükdürsə, mismarların qopub düşməsi birinci həmin metaldan başlayır.Təcrübə göstərir ki, misin istilikkeçirməsi dəmirdən çoxdur.Təcrübənin ikinci hissəsində metal, taxta və plastik qaşıqla təcrübə qoyulub. Bunun üçün qaba qaynar su toküb qaşıqları suya salırıq. Hər qaşığın uc tərəfinə balaca parça yağ qoyub 3-5 dəqiqə gözləyirik.Yağın əriməsi birinci metalda başlayır. Bu isə eyni qabın içərisində olmalarina baxmayaraq, metalın istilikkeçiriciliyinin  plastik  və taxtadan çox olduğunu göstərir.