XƏBƏRLƏR

Riyaziyyat fənnindən təşkil olunacaq olimpiadaya hazırlıq qrupuna seçim imtahanı
29.10.2021
28 oktyabr 2021-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinə bu il qəbul olmuş VII, VIII və IX siniflər arasında Riyaziyyat fənnindən təşkil olunacaq olimpiadaya hazırlıq qrupuna seçim imtahanı keçirildi. Seçim imtahanına VII siniflərə qəbul imtahanında riyaziyyatdan 15-20, VIII siniflərdə 20-25, IX siniflərdə 25-30 arası doğru cavab vermiş şagirdlər buraxıldılar. Təqdim edilmiş 10 tapşırığa cavab vermək üçün şagirdlərə 90 dəqiqə vaxt verildi. Seçim imtahanı üçün tapşırıqları liseyin riyaziyyat müəllimi Şəmsi Səfərov hazırlamışdır.
Növbəti həftələrdə imtahanın nətcələri açıqlanacaq.
Hər kəsə uğurlar arzulayırıq!