FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Qarabağ və ətraf rayonların faunasına həsr olunmuş dərs

28.10.2021

         28 oktyabr 2021-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin IXd sinif şagirdlərinin iştirakı və liseyin biologiya müəllimi İradə Zeynalovanın təşkilatçılığı ilə işgaldan azad edilmiş Qarabağ və ətraf rayonların faunasına həsr olunmuş dərs keçirildi. Dərsdə Qarabağ ərazisindəki qoruq və yasaqlıqlar, heyvanat aləmi barədə şagirdlərin hazırladıqları təqdimatlar dinlənildi.

          Lisey rəhbərliyi adından müəllimə və şagirdlərə uğurlar arzulayırıq!