FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

18-ci Beynəlxalq Elm Olimpiadasında (İJSO) iştirak hüququ qazanmış Namazova Dərya Zülfüqar qızı

30.10.2021

     30 oktyabr 2021-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində 18-ci Beynəlxalq Elm Olimpiadasında (İJSO) ölkəmizi təmsil edəcək komandanın tərkibinin formalaşdırılması üçün seçim imtahanı keçirildi. İmtahanın nəticələrinə əsasən, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 10b sinif şagirdi Namazova Dərya Zülfüqar qızı həmin komandanın tərkibində hazırlıq dərslərində iştirak etmək hüququ qazanan 6 nəfərlik heyətin sıralarında yer alıb.

          Şagirdimizi təbrik edir, ona uğurlar arzulayırıq!