FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Qarabağın tarixi abidələri" başlığı altında Xocavənd rayonunun coğrafi vəziyyəti, tarixi abidələrinə həsr olunmuş açıq dərs

02.11.2021

    02 noyabr 2021-ci il tarixndə Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin tarix müəllimi Günay Şərifzadə 8d sinfinin şagirdləri ilə birgə “Qarabağın tarixi abidələri” başlığı altında Xocavənd rayonunun coğrafi vəziyyəti, tarixi abidələrinə həsr olunmuş açıq dərs keçirdi. Dərs zamanı şagirdlər rayon ərazisində yerləşən, ilk insan məskənlərindən biri olan Azıx və Tağlar mağaraları haqqında geniş məlumat təqdim etdilər. Dərs zamanı o da xüsusi vurğulandı ki, ərazi uzun müddət işğal altında saxlansa da, abidələrin erməniləşdirilməsi cəhdi reallaşmadı. Ali Baş Komandanın əmri ilə 2020-ci ilin 27 sentyabrında başlayan “44 günlük” Vətən Müharibəsi zamanı rayonun bir hissəsi işğaldan azad olundu.

      Daha sonra şagirdlər rayonun turizm potensialı barədə müzakirələr etdilər. Dərsin sonunda şagirdlər Xocavənd rayonunun necə əhəmiyyətli ərazi olduğunu bir daha öyrənmiş oldular.