FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Zəfər tarixi" dərsində təqdimatlar

03.11.2021

  03 noyabr 2021-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin tarix müəllimi Günay Şərifzadə 9ç sinfində “Zəfər tarixi” kursunda növbəti dərsi “İşğaldan azad olunmuş torpaqlarda qədim tarixi abidələrin izi” mövzusuna həsr etdi. Şagirdlər əvvəlcə torpaqlarımızın azad olunması uğrunda canından keçmiş qəhrəmanlarımızı andılar. Daha sonra hazırladıqları slaydları təqdim etdilər. Bu zaman abidələrin işğaldan əvvəl və işgaldan azad olunandan sonrakı vəziyyətini müqayisə etdilər. Araşdırmaya cəlb etdikləri tarixi abidələrin dəyərini və əhəmiyyətini bir daha öyrənmiş oldular.