FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

8 Noyabr Zəfər Gününə həsr edilmiş açıq dərs (Y.V.Çəmənzəminlinin "Zeybək qızı" hekayəsi əsasında)

04.11.2021

        04 noyabr 2021-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi Aləmzər Mirzoyev 9c sinfində ədəbiyyat dərsində keçdiyi Y.V.Çəmənzəminlinin “Zeybək qızı” hekayəsini 8 Noyabr Zəfər Gününə həsr etdi. Əvvəlcə şagirdlər qruplara bölündü: “Zəfər”, “Xarıbülbül”, “Dəmir yumruq”, “Boz qurd”, “İtiqovan”. Müəllim tədqiqat sualını lövhədə qeyd etdi: “Vətəni müstəqil, xalqı azad olmayan şəxs əsl xoşbəxtliyini və səadətini tapa bilməz” fikri doğrudurmu?

          Bu tədqiqat sualına cavab vermək üçün müzakirə aparıldı. Şagirdlər fikirlərini “Zeybək qızı” hekayəsinin əsas obrazları əsasında açlqladılar. Dərs boyu müəllim şagridlərə müəyyən istiqamət verərək, mövzunun tam açılmasına yardım etdi. Şagirdlər “Zeybək qızı” hekayəsini komandalar şəklində təhlil edərkən, əsas obrazları “44 günlük Vətən müharibəsi”nin şəhid və qazi olmuş qəhrəmanları ilə müqayisə etdilər.

          Dərsin sonunda şagirdlər pazllarla işğaldan azad olunmuş rayonları Ali Baş Komandanın nitqinə uyğun şəkildə tarix baxımından azad olunduğu ardıcıllıqla Azərbaycan xəritəsində bərpa etdilər.

          Dərs “44 günlük Vətən müharibəsi”ndə bəstələnmiş “Atəş” mahnısının sədaları altında sona yetdi.

          Liseyin rəhbərliyi adından dərsin hazırlanmasında xüsusi əməyi olan Aləmzər müəllimə və 9c sinif şagirdlərinə təşəkkür edir, onlara uğurlar arzulayırıq!