
Qazlarda konveksiya hadisəsinin təcrübi yoxlanılması
25.10.2021
Fizika riyaziyyat və informatika təmayüllü Respublika liseyinin müəllimi Zeynəb Bayramova fənnin tədrisi zamanı mövzuları təcrübələr əsasında öyrətməyə üstünlük verir. O, 25 oktyabr 2021-ci il tarixində 8ç sinfində “Konveksiyanı“ asan mənimsətmək üçün təcrübə apardı.
Təcrübənin qisa təsviri:
Qazlarda konveksiya hadisəsinin yoxlanılması. Bunun üçün plastilin, kağız, qayçı, çubuq və şamdan istifadə olundu. Şagirdlər kağızdan fərqli fiqurlar kəsib hazirladılar. Plastinlə çubuğa dayaq hazırlayıb sabitləşdirirək, kağızdan hazırlanmış fiqurları çubuğun üzərinə qoydular. Aşağıdan şamları yerləşdirib yandırdılar. Fiqurlar fırlanmağa başlayır. Bunun səbəbi konveksiyadir. Aşağıdakı hava qızaraq, konveksiya nəticəsində yuxarı qalxır, onun yerini soyuq hava kütləsi tutur, o da öz növbəsində qizaraq yuxarı qalxır. Beləliklə, proses davam edir və kağız fiqur hərəkətini davam edir.