XƏBƏRLƏR

Fizika fənnindən olimpiadaya hazırlıq qrupuna seçim imtahanı
05.11.2021
05 noyabr 2021-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində VII sinif şagirdləri arasında Fizika fənnindən olimpiadaya hazırlıq qrupuna seçim imtahanı keçirildı. İmtahan materialları liseyin fizika müəllimi Seyran Səfərov tərəfindən hazırlanmışdır. Şagirdlərə 10 tapşırıq təqdim olundu və cavablandırmaq üçün 90 dəqiqə vaxt verildi.
İmtahanın nəticələri qarşıdakı həftə ərzində açıqlanacaq.
Şagirdlərə uğurlar arzulayırıq!