FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

8 Noyabr Zəfər Günü münasibətilə şagirdlərin əl işlərindən ibarət sərgi

05.11.2021

    Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində 8 Noyabr Zəfər Günü münasibətilə şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olundu. Sərgidə işğaldan azad olunmuş Qarabağ və ətraf rayonların mədəniyyəti, tarixi abidələri, təsərrüfatı, məşğulliyyət sahələrini özündə əks etdirən əl işləri nümayış olundu. Şagirdlərin hazırladıqları nümunələr bir qrup azad olunmuş rayonlara həsr olunub. Burada Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd və Şuşaya həsr olunmuş nümunələr xüsusilə diqqəti çəkir. Sərgidə Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin və liseyin şəhid məzunlarının şəkilləri də yer alıb.

          Sərgini təşkil edən müəllim və şagirdlərə liseyin rəhbərliyi adından təşəkkür edir, işlərində uğurlar arzulayırıq!