FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdlərin şifahi danışıq (speaking) bacarıqlarının yoxlanması prosesinə başlanılıb

10.11.2021

  Məlumdur ki, Azərbaycan Respublikasının təhsil naziri 2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə 21.09.2021-ci il tarixli F-450 nömrəli əmr imazalamışdır. Həmin əmrin 3.10-cu bəndinin (Ümumtəhsil məktəblərində xarici dillərin tədrisi vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqlərin aparılması) icrasını təmin etmək üçün liseyin daxili fəaliyyət planında nəzərdə tutulmuş qrafikə uyğun olaraq, 10–30 noyabr 2021-ci il tarixləri aralığında VII–IX sinif şagirdlərinin şifahi danışıq (speaking) bacarıqlarının yoxlanması qərara alınmışdır. Bunun üçün tərkibi ingilis dili müəllimərindən ibarət komissiya yaradılmış, şagirdlərin haqqında danışacaqları mövzular, qiymətləndirmə meyarları müəyyən edilmişdir.

Artıq 10 noyabr 2021-ci il tarixində liseydə 9c sinifinin bir qrup şagirdi komissiya qarşısında müsahibədən keçirilmişdir. Proses noyabrın sonuna qədər davam edəcək.

          Komissiyaya və şagirdlərə uğurlar arzulayırıq!