FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Beynəlxalq Fizika Olimpiadasının bürünc medalçısı - Məmmədov Rüfət Bəgiş oğlu

11.11.2021

     08 – 11 noyabr 2021-ci il tarixləri aralığında Özbəkistanda Əl-Fərabi adına Beynəlxalq Fizika Olimpiadası keçirildi. 19 ölkədən şagirdlərin qatıldığı bu bilik yarışında ölkəmizi təmsil edən məktəblilər də uğurlu nəticə göstərərək 4 medal qazanıblar. Medal qazananlardan biri də Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 11c sinif şagirdi Məmmədov Rüfət Bəgiş oğludur. Belə ki, o, bu olimpiadada bürünc medala layiq görülüb.

          Şagirdimizi təbrik edir, ona can sağlığı və təhsilində yeni-yeni uğurlar arzulayırıq!