XƏBƏRLƏR

Xarici dil fənnindən masahibələr davam edir
16.11.2021
Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində şagirdlərin ingilis dili fənni üzrə danışıq bacarıqlarını yoxlayan komissiya öz işini davam etdirir. Artıq bir neçə sinif müsahibə mərhələsindən keçib. Şagirdlər müxtəlif mövzularda (Ailə, İdman, Musiqi, Qarabağ, Milli həmrəylik) ingilis dilində danışmaqla, bu sahədə olan bacarıqlarını nümayiş etdirirlər.
Proses iştirakçılarına uğurlar arzulayırıq!