FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

VII siniflər üçün Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq

26.11.2021

  26 noyabr 2021-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində təhsil alan VII sinif şagirdləri üçün monitorinq imtahanı keçirildi. İmtahan üç fənni: Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərini əhatə edirdi. Şagirdlərə hər fənn üzrə 16 olmaqla, ümumilikdə 48 test tapşırığı təqdim olundu və 2 saat vaxt verildi. Monitorinqin aparılmasında məqsəd şagirdlərin sözügedən fənlər üzrə sentyabr–noyabr ayları ərzində mənimsəmə vəziyyətini müəyyən etməkdir. Növbəti həftə ərzində imtahanın nəticələri emal edilərək, şagirdlərə çatdırılacaqdır.