FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Xarici dil üzrə müsahibə şagirdlərimizin digər istedadlarını da üzə çıxardı

26.11.2021

   Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində VII-IX sinif şagirdlərinin ingilis dilindən danışıq bacarıqlarının yoxlanması məqsədilə təşkil edilmiş üzbəüz müsahibə prosesində şagirdlərimizi yenidən kəşf etdik. Belə ki, müsahibə prosesində onların bəziləri indilis dilində danışıq bacarıqlarını nümayiş etdirməklə yanaşı, digər istedadlarını da təqdim etdilər. Xüsusilə müsiqi sahəsində istedadı olan şagirdlərimizin kifayət qədər çox olduğu üzə çıxdı. Onların içərisində müxtəlif musiqi alətlərində ifa edənlər, eyni zamanda, rəqslə məşğul olanlar, vokal səs sahibləri komissiya üzvlərini heyran etdi.

          Şagirdlərimizə uğurlar arzulayırıq!