FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Aşıq Ələsgərin anadan olmasının 200 illiyi münasibətilə açıq dərs keçirildi

29.11.2021

      29 noyabr 2021-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi Süleyman Murtuzov 9e sinif şagirdlərinin iştirakı ilə Aşıq Ələsgərin anadan olmasının 200 illiyi münasibətilə açıq dərs keçdi. Əvvəlcə şagirdlər sənətkarın doğulub boya-başa çatdığı el-oba, mühit barədə geniş təqdimatlar etdilər. Daha sonra onun müxəmməs və təcnislərindən parçalar səsləndirdilər. Aşıq Ələsgərin yazdığı şeirlər üzərində qurulmuş və dərs boyu səslənən saz havaları tədbirə xüsusi rəng qatdı.

   Sonda müəllim Aşıq Ələsgərin yaradıcılığı haqqında aparılmış ən son tədqiqatlar barədə şagirdlərə məlumat verdi.

   Liseyin rəhbərliyi adından dərsi təşkil edən müəllimə və şagirdlərə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!