FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"İstedadların hazırlığı laboratoriyası" adlı IV Beynəlxalq Olimpiadanın qalibləri sırasında bizim liseyin şagirdləri də yer alıb.v

09.12.2021

     06 – 09 dekabr 2021-ci il tarixləri aralığında Bakıda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə “İstedadların hazırlığı laboratoriyası” adlı IV Beynəlxalq Olimpiada keçirildi. Olimpiadada MDB və Baltikyanı ölkələrin məktəbliləri iştirak edirdi.

     Riyaziyyat, fizika, kimya fənlərini əhatə edən bu bilik yarışında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyindən iki şagird: Dərya Namazova və Yusif Yusifli də iştirak edirdi. Hər üç fənnin nəticələrinə əsasən, liseyin 10b sinfində təhsil alan Dərya Namazova qızıl, Yusif Yusifli isə bürünc medala layiq görüldü.

       Şagirdlərimizi təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!