XƏBƏRLƏR

Müəllimlərimizə dövlət mükafatları təqdim olunub
07.12.2021
07 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə dövlət təltiflərinə layiq görülmüş müəllimlərin mükafatlandırılması mərasimi keçirildi. Mükafata layiq görülənlər sırasında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin iki müəllimi: Mehralı Qarayev və Zareta Nəsibova da yer alıb. Qeyd edək ki, hər iki müəllimimiz “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Mükafatlandırma mərasimində “Əməkdar müəllim” fəxri adını təsdiq edən vəsiqə və medallar sahiblərinə təqdim olunub.
Hər iki müəllimimizi liseyin rəhbərliyi adından təbrik edir, onlara can sağlığı və işlərində uğurlar arzulayırıq!