FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

7-11-cilər arasında "Özünüzü sınayın" adlı psixoloji test

10.12.2021

   Dekabr ayının ilk ongünlüyü ərzində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin psixoloqu Sevda Nəbiyeva şagirdlərdə şəxsiyyət tiplərini və təmsil sistemlərini təyin etmək məqsədilə “Özünüzü sınayın” adlı psixoloji test keçirdi. Bu testlərin köməyi ilə uşaqlardakı genetik üstünlükləri təyin etmək olur. Üstünlüklərin müəyyən edilməsi şagirdlərin gələcəkdə peşə seçiminə, cəmiyyətdə düzgün münasibətlər qurmasına kömək edəcək.

    Psixoloji test liseyin 7-11-ci sinif şagirdləri arasında aparılır və proses davam edir. Sinif rəhbərləri psixoloqa bu istiqamətdə kömək edirlər.

     Sevda xanıma liseyin rəhbərliyi adından təşəkkür edir, işlərində uğurlar arzulayırıq.