FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Xarici dil fənnindən danışıq bacarıqlarını yoxlamaq üçün başladılan monitorinq başa çatmışdır.

10.12.2021

      Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin VII-IX sinif şagirdləri arasında onların xarici dil fənnindən danışıq bacarıqlarını yoxlamaq üçün başladılan monitorinq başa çatmışdır. Ümumilikdə, liseyin VII-IX siniflərində oxuyan 450 şagird bu məqsədlə yaradılan komissiyanın müsahibəsindən keçmişdir. Şagirdlərin danışıq bacarıqları onlara əvvəlcədən verilmiş beş mövzu üzrə yoxlanılmışdır. Nəticələrin ilkin təhlili zamanı müəyyən olunmuşdur ki, VII-IX siniflərdə təhsil alan şagirdlərimizin, təxminən, 75-80%-i ingilis dilində yaşlarına uyğun şəkildə və bir az da yüksək səviyyədə fikirlərini ifadə edə bilirlər. Proses zamanı zəif nəticə göstərmiş şagirdlərlə mütəmadi iş aparmaq müvafiq xarici dil müəllimlərinin diqqətinə çatdırılmışdır.

          Noyabr ayı ərzində fəaliyyət göstərmiş komissiyanın tərkibində demək olar ki, bütün ingilis dili müəllimləri yaxından iştirak etdilər. Komissiyanın işində fəallıq göstərmiş müəllimlərimizi siz də tanıyın:

                        İradə Yahyayeva,  İng.dili fənni üzrə m\b. sədri

                       Asəf Daşdəmirov, ingilis dili müəllimi,

                       Nigar Novruzova, ingilis dili müəllimi,

                       İlahə İsmayılzadə, ingilis dili müəllimi.

                        Rəşad Nəsibov, ingilis dili müəllimi,

                       Ağahüseyn Məmmədov, ingilis dili müəllimi,

                        Saniyyə Mustafayeva, ingilis dili müəllimi.

                       Günel Sadıqova, ingilis dili müəllimi,

                       Kəmalə Mahmudova, ingilis dili müəllimi,

Onlara liseyin rəhbərliyi adından təşəkkürümüzü bildirir, hamısına can sağlığı və işlərində uğurlar arzulayırıq!