FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

8c sinfində riyaziyyat dərsi

09.12.2021

       09 dekabr 2021-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin riyaziyyat müəllimi Zəburə Hacıyeva 8c sinfində şagirdlərin çətinlik çəkdikləri mövzuları müəyyənləşdirmək məqsədilə indiyədək tədris edilmiş mövzuları əhatə edən interaktiv dərs keçdi. Dərsdə şagirdlər komandalara (Pifaqor, Ulduzlar, Baykal) bölündü və proses 5 turu əhatə edən yarış şəklində davam etdirildi. Dərsin sonunda xal hesabı ilə qalib gələn “Pifaqor” komandasının üzvlərinə hədiyyələr verildi. Sonda qərara alındı ki, çətinliyi olan şagirdlərlə həmin mövzular yenidən təkrarlansın.

    Zəburə müəllimə təşəkkür edir, ona və şagirdlərinə, can sağlığı, işlərində uğurlar arzulayırıq!