FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Rəqəmsal gələcəyə addım" respublika müsabiqəsinin ikinci yer mükafatçısı Həsənli Əli Fərrux oğlu

14.12.2021

       14 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi “Kod saatı” qlobal hərəkatı çərçivəsində “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbi ilə birgə V-IX sinif şagirdləri arasında “Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsinin final mərhələsini keçirdi. Müsabiqənin əsas məqsədi tədrisdə müasir interaktiv texnologiyalardan istifadə etmək və “İnformatika” fənninin şagirdlərə nə dərəcədə maraqlı olduğunu nümayiş etdirməkdən ibarət idi.

    Finalda 61 məktəbdən 100 şagird iştirak edirdi. Bu mərhələ komanda şəklində keçirildi. Burada müəyyən vaxt ərzində finalçılardan ibarət komandalar layihələrini tamamlamaq üçün bir-biri ilə yarışdılar. Şagirdlərin işləri münsiflər heyəti tərəfindən qiymətləndirildi. Qiymətləndirmənin nəticələrinə görə Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 8ç sinif şagirdi Həsənli Əli Fərrux oğlu sözügedən proqramlaşdırma müsabiqəsində 8-9-cu siniflər kateqoriyası üzrə II yerə layiq görüldü.

      Həsənli Əlini liseyin rəhbərliyi adından təbrik edir, ona can sağlığı və işlərində yeni-yeni uğurlar arzulayırıq!