FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasının bürünc medalçısı Namazova Dərya Zülfüqar qızı

21.12.2021

   12–21 dekabr 2021-ci il tarixləri aralığında Birləşmiş Ərəb Əmirliklərində Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası keçirildi. Üç mərhələdən ibarət olan Olimpiada onlayn formatda Heydər Əliyev adına Müasir Təhsil Kompleksində və Azərbaycan-Fransiz Universitetində təşkil olundu. Bu bilik yarışında 59 ölkədən 354 məktəbli iştirak etmişdir. Azərbaycan məktəbliləri bu Elm Olimpiadasında uğurla çıxış edərək, bir  gümüş və üç bürünc medal qazanıblar. Medal qazananlar sırasında Fizika, riyaziiyyat və informatika təmayüllü Respublika liseyinin 10b sinif şagirdi Namazova Dərya Zülfüqar qızı da yer alıb. Belə ki, o, Yeniyetmələrin Beynəlxalq Elm Olimpidasında bürünc medala layiq görülüb.

          Şagirdimizi təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq!