FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Peşə seçiminə təsir edən amillər" adlı tədbir

20.12.2021

        20 dekabr 2021-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 8d sinfində “Peşə seçiminə təsir edən amillər” adlı tədbir keçirildi. Tədbirdə direktor müavini Valeh Bəyalıyev, sinif rəhbərləri: Südabə Manafova, Gültən Ədilova, Aytac Zeynalova iştirak edirdi.

          Tədbirdə 8d sinfinin şagirdləri peşə seçiminə təsir edən amilləri aşağıdakı kimi sıraladılar:

          1. Valideyn

          2. Maddiyyat

          3. Zamanın tələbi

          Daha sonra 8d sinfinin şagirdi Yusifli Reyhan Elmlər Akademiyasının ətrafinda 18 vətəndaş arasında keçirdiyi sorğunun nəticələrini elan edəndə məlum oldu ki, peşə seçiminə təsir edən amillər arasında valideyn faktoru aparıcı mövqeyini saxlayır.

          Tədbir şagirdlərin mövzu ilə bağlı hazırladıqları səhnəciklə sona çatdı.

          Tədbirin təşkilatçılarına təşəkkür edir, uğurlar arzulayırıq!