FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Plastik tullantıların ətrafa verdiyi zərərlər və sudan səmərəli necə istifadə edək" adlı tədbir

15.12.2021

      15 dekabr 2021-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 8a sinif şagirdləri “Plastik tullantıların ətrafa verdiyi zərərlər və sudan səmərəli necə istifadə edək” adlı tədbir keçirdilər. Tədbirdə sinif rəhbərləri: Zülfiyyə Qarayeva, Gültən Ədilova, Aynurə Əfəndiyeva, Nərmin Hüseynzadə iştirak etdilər.

          Şagirdlər mövzu ilə əlaqədar divar kağızları, slayd və səhnəciklər hazırlamışdılar. Səhnəciklərdə şagirdlər ətrafın zibillənməsi prosesini əyani göstərməyə çalışdılar. Eyni zamanda, suyun plastik tullantılarla çirkləndirilməsi prosesinin insan sağlamlığına mənfi təsiri və acı nəticələri müzakirə edildi.

          Tədbirin təşkilatçılarına təşəkkür edir, uğurlar arzulayırıq!